“Milan” daha bir transferini rəsmən açıqladı
04.02.2025 , 20:26

“Milan” daha bir transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, A seriyası təmsilçisi “Fiorentina”dan Rikkardo Sottili icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Sottil 2016-cı ilin fevralından “Fiorentina”da forma geyinir.
