“Milan”ın futbolçusu Naycel De Yonq karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi ilə “Mançester Yunayted” klubu maraqlanır. 30 yaşlı futbolçu ilə şəxsən baş məşqçi Lui van Qalın maraqlandığı deyilir.
Xatırladaq ki, Naycel de Yonq təcrübəli mütəxəssisin rəhbərliyi altında dünya çempionatının bürünc medalına yiyələnib.