“Milan” “Çelsi”nin ulduz futbolçusunu istəyir
02.06.2023 , 21:58

“Milan” növbəti mövsümün işini sürətləndirib.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi “Çelsi”dən ayrılacağı deyilən Hakim Ziyeçi gündəmə gətirib.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, Milan Hakim Ziyeçin meneceri ilə onlayn görüş keçirib.
Ulduz futbolçunun “Milan”da oynamağı səbirsizliklə gözlədiyi iddia edilir.
“Çelsi” mərakeşli futbolçu Ziyeç üçün ən azı 20 milyon avro satış qiyməti təyin edib. İngiltərə nəhənginin futbolçunu bu qiymətdən aşağı satmaq fikrində olmadığı bildirilib.
Mina Musayeva
