“Milan” Braziliyadan futbolçu aldı
05.01.2019 , 09:14

“Milan” heyətinə yeni futbolçu cəlb edib.
İtaliya təmsilçisi Braziliya “Flamenqo”sunun hücumameyilli yarımmüdafiəçsi Lukas Paketanı alıb. 21 yaşlı oyunçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Bu transfer üçün “Milan” 35 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, L.Paketa 2016-cı ildən “Flamenqo”nun əsas komandasında oynayırdı. O, ötən il ilk dəfə Braziliya millisində çıxış edib.
