“Milan” Dortmund “Borussiya”sının futbolçusu Çiro İmmobileni transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu xəbər italyan mətbuatında yer alıb. “Football İtalia” qəzetinin yazdığı məlumata insansaq, “rossonerlər” alman klubu ilə danışıqlara başlayıb.
İtaliya yığmasının gənc forvardı vətəninə qayıtmaq istədiyini də qeyd edib.
