“Milan” Beqoviçlə yolları ayırır
02.04.2020 , 20:41

“Milan” qapıçısı Asmir Beqoviçlə yolları ayıracaq.
Korner.az xəbər verir ki, A Seriyası klubu bosniyalı qolkiperi müqavilə ilə məxsus olduğu “Bornmut”a qaytaracaq.
Beqoviç bu mövsüm A seriyasında 2 matçda çıxış edərək 3 top buraxıb.
Xatırladaq ki, qapıçı bu mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.
