“Milan” Beqoviçi transfer edir?
12.01.2020 , 19:12

“Bornmut”un qapıçısı Asmir Beqoviç karyerasını “Milan”da davam etdirə bilər.
Korner.az xəbər verir ki, o, “qırmızı-qaralar”la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacağı gözlənilir.
32 yaşlı əlcək sahibi mövsümün ilk yarısını Azərbaycan çempionu “Qarabağ”da keçirib. Qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.
