“Milan” baş məşqçisini göndərir
20.12.2024 , 14:36
“Milan” baş məşqçisi Paulo Fonsekanı istefaya göndərə bilər.
Korner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıbX
Xəbərdə, klub rəhbərliyinin komandanın uğursuz nəticə əldə etməsindən, portuqaliyalı mütəxəssisin işindən narazı olduğu bildirilib.
Buna görə də Milan təmsilçisi onunla yollarını ayırmağı düşünür.
Artıq klub baş məşqçi vəzifəsinə namizədlər də tapıb.
Bunlar – Roberto Mançini, Mauritsio Sarri və Massimiliano Alleqridir.