Çexiya millisinin sabiq üzvü Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, son mövsümü Liberetsin “Slovan” klubunun heyətində keçirən təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.
35 yaşlı futbolçu yetirməsi olduğu “Banik” klubuna keçib. Forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Hücumçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu dilə gətirib.
Qeyd edək ki, Baroş karyerası ərzində “Liverpul”, “Aston Villa”, “Lion” və “Qalatasaray” kimi məşhur komandalarda çıxış edib.
