“Milan” Mario Balotellini transfer etmək üçün bir futbolçusu ilə yollarını ayıra bilər.
Korner.az-ın məlumatına görə, İtaliya klubunun ulduz futbolçunu “Mançester Siti”dən almaq üçün büdcəsini artırmaq məqsədi ilə Felipe Meksesi satması gözlənilir.
Qeyd edək ki, “Milan” “Mançester Siti”yə 6 il ərzində 25 milyon avro ödəməyə hazır olduğunu bildirib.
