“Milan” autsayderlə də bacarmadı
26.12.2018 , 20:19

İtaliya A Seriyasında 18-ci tura start verilib.
Turun açılış oyununda “Milan” səfərdə “Frazinone”nin qonağı olub. Milan şəhərinin eyniadlı təmsilçisi autsayderin müqavimətini qıra bilməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, son 4 oyunda qələbə qazana bilməyən “Milan” 28 xalla 5-ci pillədə qərarlaşıb. 10 xalı olan “Frazinone” isə 20 komanda arasında 19-cudur.
