“Milan” Alleqri ilə maraqlanır
26.05.2019 , 20:27

Mövsüm başa çatan kimi Cennaro Qattuzo ilə yolları ayırmağı düşünən “Milan” baş məşqçi axtarışındadır.
“Qırmızı-qaralar” “Yuventus”dan ayrılacaq Massimiliano Alleqrini baş məşqçi postuna dəvət etmək istəyir. Məlumatda Milan təmsilçisinin danışıqlara başlamaq üzrə olduğu qeyd edilib.
Alleqri “Milan”ı 2010-2014-cü illərdə çalışdırıb. O, komandaya 2010/11 mövsümündə İtaliya çempionluğu və ölkə kubokunu qazandırıb. 51 yaşlı mütəxəssis 2014-cü ildə “Yuventus”a keçmişdi.
