“Milan” 3 qolla qalib gəldi
11.02.2019 , 10:13

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.
Turun son oyununda “Milan” doğma meydanda “Kalyari”ni qəbul edib. Rossonyerlər 3 xalı 3 cavabsız qolla qazanıblar. Bu nəticədən sonra xallarının sayını 39-a yüksəldən Milan şəhərinin eyniadlı təmsilçisi 4-cü pillədəki yerini qoruyub. 21 xalı olan “Kalyari” isə 15-ci sırada yer alıb.
Turnir cədvəlinin ilk pilləsində isə 63 xalla “Yuventus” qərarlaşıb. Turin klubunun ən yaxın izləyicisi “Napoli”nin 52 xalı var. İlk 3-lüyü 43 xalla “İnter” tamamlayır. “Roma” isə 38 xalla 5-ci yerdə gedir.
İtaliya A Seriyası, 23-cü tur
10 fevral
“Milan” – “Kalyari” – 3:0
Qollar: L. Çeppitelli, 13-avtoqol (1:0), L. Paketa, 22 (2:0), K. Pyontek, 62 (3:0)
