Az öncə 33 idman federasiyasının illik maliyyə hesabatını təqdim etmədiyi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, bu federasiyalar arasında AFFA-nın da adı var idi. Məsələylə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğluyla əlaqə saxladıq və o saytımıza açıqlamasında bu xəbəri təkzib etdi:
“AFFA maliyyə hesabatını sn konfransda təqdim edib. AFFA-da belə problem yoxdu, ola da bilməz. Bütün maliyyə hesabatları syatımızdada yerləşdirilib”.
