“Sabah qələbə qazanaraq 3 xalı aktivimizə yazmaq istəyirik". Korner.az-ın məlumatına görə, bu sözləri Portuqaliya yığmasının müdafiəçisi Migel Velozo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Futbolçu millimizin onlara problem yarada biləcəklərinə inanmadığını bildirib:
"Düzdü, Azərbaycan İsrail üçün problem yarada bildi. İnanıram ki, onlar bizim üçün daha ciddi problemlər yaratsınlar. Amma rəqibi qiymətləndirməmək də olmaz”.
