Migel Almiron ABŞ klubuna keçdi
31.01.2025 , 22:48

“Nyukasl”ın futbolçusu Migel Almiron “Atlanta Yunayted”ə keçib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
MLS təmsilçisi paraqvaylı vinger üçün İngiltərə klubuna 9 milyon avro təzminat ödəyəcək.
30 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna kimi müqavilə imzalanıb.
