Belçika yığmasının sabiq üzvu Faris Haroun Azərbaycandan təklif alıb.
Korner.az-ın məlumatına görə, bu barədə Belçika mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu yaxınlarda İngiltərənin “Midlsbro” klubu ilə yollarını ayıran 28 yaşlı hücumçu hazırda azad agentdi. Onun Belçikanın “Sulte Varegem”, Norveçin “Rusenborq”, Azərbaycan və Qazaxıstanın isə adı açıqlanmayan klublarından təklif aldığı deyilir.
