İngiltərə Premyer Liqasında mübarizə aparan “Midlsbro” məşqçisi Aitor Karanka ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, onun yerinə müvəqqəti olaraq köməkçi məşqçi Steyv Aqnyu komandanın başına gətirilib.
Qeyd edək ki, Karanka 2013-cü ildən İngiltərə təmsilçisini çalışdırırdı.
Dekabr ayının 10-dan qələbə qazana bilməyən klub bu mövsüm yalnızca 19 qol vurub.
