Futbol

Miçel: “Onları üstələyə bilərik”

17.09.2019 , 11:52

“Sevilya” hazırda yaxşı durumdadı. Düzdü, Bakı küləkli şəhərdi. Amma hazırda 20-25 dərəcə isti var”.

Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Madeyra deyib.

Təcrübəli yarımmüdafiəçi  qrupdakı şansıarını dəyərləndirib:

“Çempionatda keçirdiyimiz oyunların hamısında hələ ki, qələbə qazanmışıq. Klubumuz çox yaxşı təşkil olunub, hər il bir addım da irəli atırıq. Artıq neçə ildi ölkə çempionu oluruq, Avropa arenasında da inkişaf edirik. İki il əvvəl Çempionlar Liqasında “Çelsi”yə qarşı oyunlar istisna olmaqla, hər şey yaxşı idi. “Atletiko” ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. “Atletiko”ya qarşı oynamaq gözəl idi. Çünki belə matçlarda gözləntilər böyük olur. “Sevilya”ya qarşı da aqressiv oynamalıyıq. Onlarla başabaş oynamağın mümkünsüz olduğu söyləmək doğru olmaz. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik. Qrupdakı digər rəqiblərimizdən “Düdelanj”la üç il əvvəl seçmə mərhələdə qarşılaşmış və qalib gəlmişdik. Bu yay isə APOEL-lə gücümüzü sınamaq imkanımız oldu. Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, “Düdelanj” və APOEL-i üstələyə bilərik. Ancaq bunu meydanda sübut etməliyik”.

Son yazılar

Yuxarı