Miçel millimizdə oynaya bilər
01.07.2019 , 11:25

Miçel Azərbaycan millisinə çağırılır?
“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Madera millimizdə çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, AFFA-nın bununla bağlı Miçelə təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin gələn il Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFA-nın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.
