Bu gün Topaz Premyer Liqasının XIII turunun son oyunları keçirlib
"Zirənin" qonağı olan "Qarabağ" meydan sahiblərindən xal alıb: 2-3
Oyundan sonra "Qarabağ"ın oyunçusu Miçel Madeira ilə söhbətləşdik:
-"Çelsi" ilə oyunda məğlubiyyətdən sonra komandada atmosfer necədi?
-Bu gün komandanın atmosferində heç bir problem yoxdur. Hər şey yaxşıdır. "Çelsi" qarşısındakı məğlubiyyətə gəldikdə isə, böyük komanda qarşısında azlıqda oynadıq. Şübhəli qərarlar da öz yerində. Bu gün isə artıq hər şey geridə qalıb və komanda tam hazır idi bu oyuna. Əsas odur ki, qələbə qazandıq və 3 xalı hesabımıza yazdıra bildik.
-Həqiqətənmi "Çelsi" ilə oyunda hakim "Qarabağ"ın mümkün qələbəsini əlindən aldı?
-Deməzdim qəsdən əlimizdən alıblar. Hakim qərarları bəzən leyhimizə bəzən əleyhimizə ola bilir. Ümumilikdə götürdükdə, oyunu 2 yerə bölmək olar. 11 nəfərlə oynadığımız hissə və 10 nəfərlə oynadığımız hissə. Həmçinin hava və yorğunluq da öz sözünü deyirdi. Son vaxtlar ardıcıl oyunlar keçirdik və bərpa üçün kifayət qədər vaxt olmurdu. Nəzərə alaq ki, o oyunların əksəriyətini 10 nəfərlə keçirmişik. Ümumilikdə götürdükdə isə razı qaldıq.
-Komandalar hər ikisi aqressiv idi. Nədən oldu bu?
-Ümumiyyətlə, hər iki komanda qazamaq istəyirdi. Normal ot örtüyü olsaydı bu cür olmazdı. Meydanın balaca bə sintetik olması da oyunu aqresivləşdirirdi.
– Çempionlar liqasındakı oyuna görə Dino Ndlovu Rumınyanın "Kloj" komandasının maraq dairəsinə düşüb. Bəs, Miçelə hansısa klubdan təklif gəlibmi?
-Xeyr, hələlik "Qarabağ" ilə müqaviləm var buna görə də indidən nəsə demək istəməzdim.
