Miçel: “Göylərdə uçmaq lazım deyil”
18.08.2018 , 21:26

Bu gün Topaz Premyer Liqasında ikinci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib və qonaqlar meydandan qalib ayrılıb (0-2).
Oyundan sonra “Qarabağ”ın futbolçusu Miçel jurnalistlərin suallarını cavablandırıb:
– Oyun haqda fikirlərini bilmək istərdik..
– Ümumiyyətlə, rəqibdən aslı olmayaraq, səfər oyunları hər zaman çətin olur. Bugünki oyun da istisna olmadı. Oyunun ilk dəqiqələrində istədiyimiz kimi oynaya bilmirdik, lakin sonra nəzarəti ələ ala bildik.
– BATE-yə məğlub olub Çempionlar liqasını tərk etdikdən sonra, Premyer liqa oyunlarına hazırlaşa bilmisinizmi?
– Bu, futbolun qanunudur: yıxıldınsa, qalxmağı bacarmalısan. İstənilən halda davam etməliyik. Hələ Avropa Liqasının oyunları var. Sadəcə çalışmaq lazımdır.
– Oyun zamanı zədə aldınız və həkim müdaxiləsinə şahid olduq. Problem nə idi və indi yaxşısınızmı?
– Ciddi bir problem deyil. Sadəcə gəzən zaman ağrı olur.
– “Şerif”lə oyundan necə nəticə gözləməliyik?
– Rəqib peşəkardır və onla yarışmaq çətindir. Lakin arzumuz və məqsədimiz bəllidir. Ümid edirik ki, hər şey yaxşı olacaq.
– Miçel rəqib qapısına yol tapa bilir. “Şerif”lə oyunda da bu performansı gözləyə bilərik?
– Göylərdə uçmaq lazım deyil. Əsas olan qolu kimin vurması deyil, vurulan qolun komandaya nə qazandırdığıdır.
– “Qarabağ” üçün Avropa liqasının qruplarına düşmək uğur sayılır?
– Azərbaycan futbolunun indiki vəziyyətini nəzərə alsaq Avropa liqasında yarışmaq da uğurdur.
– “Qarabağ” Avropa liqasında 2 və ya 3-cü səbətə düşə bilər. Bu, vəziyyəti biraz yüngülləşdirə bilərmi?
– Hansı səbətə düşməkdən aslı olmayaraq, gərək rəqiblərimizə qalib gələk və növbəti mərhələyə keçək.
