Meza Kolli rəsmən Rumıniya klubunda
06.08.2018 , 14:44

“Keşlə”nin futbolçusu Sezar Meza Kollinin Rumıniyanın “Universitatya” klubuna keçidi rəsmiləşib.
Paraqvaylı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. Rumıniya mətbuatı Krakoviya klubunun 27 yaşlı oyunçu üçün “Keşlə”yə 150 min avro ödədiyini yazıb.
Qeyd edək ki, Meza Kolli bu yaxınlarda “Keşlə” ilə 1 illik yeni sözləşmə imzalamışdı
