Meza Kolli milliləşdirilməsindən danışdı
18.02.2020 , 17:59

“Keşlə”nin legioneri Sezar Meza Kolli milliləşdiriləcəyi ilə bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, 28 yaşlı paraqvaylı yarımmüdafiəçi “Azerisport”a bunları bildirib:
“Həmişə demişəm ki, Azərbaycan mənim ikinci vətənim kimidi. Azərbaycan pasportu alacağıma görə sevinirəm. Bu, mənim üçün yaxşı xəbərdi. Çalışacağam ki, dəvət alacağım təqdirdə Azərbaycan millisinə maksimum dərəcədə xeyirli olum”.
