Floyd Meyuezer və Menni Pakyao yenidən döyüşə bilərlər.
Korner.az-ın məlumatına görə, “Əsrin döyüşü”ndən ardından Meyuezer sentyabrda daha bir dəfə rinqə çıxacağını, sonra isə karyerasına son qoyacağını bildirmişdi.
Floyd sonuncu döyüşünü Əmir Xanla keçirməli idi. Lakin “The Telegraph”ın jurnalisti Qaret Deyvisin yazdığına görə, amerikalının son rəqibinin Pakyao olmaq ehtimalı Əmir Xanla müqayisədə daha böyükdü.
İnsanların Meyuezeri müdafiəyəmeyilli döyüşməsi səbəbindən tənqid etməsi “Money” ləqəbli boksçunu özündən çıxarıb. Pakyao isə rəqibindən revanş almaq istəyir. Maliyyə detallarını da nəzərə alsaq, ikinci bir döyüşün reallaşmaması üçün səbəb yoxdu.
