“Fənərbağça”nın yarımmüdəfiəçisi Raul Meyreleş həftə sonu “Qalatasaray”a qarşı keçiriləcək oyun öncəsi rəqibi qıcıqlandıracaq addım atıb.
Korner.az-ın məlumatına görə, potəgiz futbolçu tvitter hesabında paylaşdığı fotoda əli ilə “6” göstərib ki, bu da 2002-ci ildə keçirilmiş matçda “Qalatasaray” üzərində qazanılmış 6:0 hesablı qələbəyə işarədi.
