“Fənərbağça”nın təcrübəli futbolçusu Raul Meyreleş mövsüm sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına, portuqaliyalı yarımmüdafiəçi indidən özünə yeni klub axtarışlarına da başlayıb.
Meyreleşin ayrılığına səbəb mövsüm sonunda müqaviləsi başa çatacaq oyunçuya “sarı-larcivətlilər”in yeni müqavilə təklif etməməsidi. Bunu bilən 33 yaşlı yaşlı orta xətt oyunçusunun artıq ölkəsinin “Sportinq” və İngiltərənin “Aston Villa” klubları ilə danışıqlar apardığı deyilir.
