Meydanlara geri dönür: PSJ ilə matçda oynaya bilər
11.03.2025 , 13:53

Səhhətindəki problemlərə görə bir müddətdir ki, meydanlardan uzaq qalan “Liverpul”un fubtolçusu Kodi Qakpodan şad xəbər var.
Korner.az xəbər verir ki, hollandiyalı oyunçu artıq komanda ilə bərabər məşqlərə başlayıb.
25 yaşlı futbolçunun “Liverpul”un Çempionlar Liqasının 1/8 final matçında qarşılaşacaq PSJ ilə oyunda meydanda olacağı gözlənilir.
Bu gün keçiriləcək “Liverpul” – PSJ matçına saat 00:00-da start veriləcək.
