“Meydanda yalnız “Zirə” var idi” – Samir Abasov
04.11.2018 , 22:11

“Futbolçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi. Təəssüf ki, son 3 oyunda 9 xal qazanmalı olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni sevindirir. İrəliləyiş var. Bilmirəm, bizə azarkeşlik edənlər nə dərəcədə zövq aldı. Amma meydanda yalnız “Zirə” var idi”
Bu sözlər “Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda “Səbail”lə keçirilən oyundan (0:0) sonra mətbuat konafransında deyib.
– Cəmi 1 dəyişiklik etdiniz…
– Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü, onu da əvəzlədim.
– Oyun var, amma fərdi ustalıq axsayır. Qış fasiləsini çox arzulayırsınız?
– İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttinin güclənməsinə ehtiyac var.
qol.az
