Dünən İspaniya La Liqasının 24-cü turunun "Vilyareal" – "Selta Viqo" matçında iğtişaş yaşanıb.
Korner.az-ın məlumatına görə, matçın 83-cü dəqiqəsində qonaqlar hesabı açdılar və bundan təxmini 3 dəqiqə sonra meydan sahiblərinin azarkeşləri meydana duman bombası atıblar. Bundan sonra hakim oyunu dayandırdı və 17 dəqiqə sonra matçın oynanılmayan 3 dəqiqəsi oynanıldı.
Qeyd edək ki, matçın son dəqiqələrində Nolito 2-ci qolu vuraraq "Selta Viqo"nun "Vilyareal" üzərində 2:0 qələbəsini təmin edib.
