Bu gün Topaz Premyer Liqasında XXX tura start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə yalnız ikinci "altılıq" komandaları meydana çıxacaq.
Diqqətlərini kubokun finalına yönəldən "Xəzər Lənkəran" problemlər içərisində var-gəl edən "Turan"ı qonaq edəcək. Lənkəranlılar Tovuz təmsilçisi ilə cari mövsümdə 3 dəfə üz-üzə gəlsə də, bunların yalnız birində sevinə bilib. Bir oyun "Turan"ın qələbəsi ilə bitibsə, digəri heç-heçə yekunlaşıb.
İkinci "altılıq"ın lideri AZAL isə "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək.
Günün digər oyununda "Kəpəz" "Rəvan"la üz-üzə gələcək.
8 may
18:00. “Kəpəz” – “Rəvan” 3:1
QOL: Bujamin Asani, 42, Vladislav Serebryakov, 83, 89 // Varea, 90+1
Bakı. “Dalğa Arena” stadionu
18:00. AZAL – “Sumqayıt” 1:0
QOL: Nildo, 70
Bakı. “AZAL Arena” stadionu
19:00. “Xəzər Lənkəran” – “Turan” 1:0
QOL: Kazım Kazımlı, 44
Lənkəran. Şəhər stadionu
