Qış transfer dövründə müdafiə mövqeyini gücləndirmək istəyən “Trabzonspor” fransalı futbolçu Flipp Mexsesin transferini həyata keçərə ilməyəcək.
Korner.az “L’Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçi “Trabzonspor”un təklifini rədd edib. Xəbərdə verilən məlumata görə, “Milan”ın yüksək maaşını ödüyə bilməməyi səbəbindən əldən çıxartmaq istədiyi futbolçu “Monako” ilə görüşür. Futbolçunun yaxın günlərdə Fransa təmsilçisi ilə müqavilə imzalayacağı bildirirlib.
Qeyd edək ki, Mexses bu mövsüm “Milan”ın heyətində 11 liqa oyununda çıxış edib.
