“Qarabağ” çox yaxşı komandadır. Bir xal qazandığımız üçün sevinirәm”.
Korner.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Sent Etyen”in futbolçusu Mevlut Erdinç deyib.
Qolsuz (0:0) bərabərliklə çatan matçdan son türkiyəli futbolçu oyun haqda fikirlərini bildirib: “Onların başqa oyunlarını izlәmişdik. Yaxşı komanda olduğunu bilirdik. Amma matçlarını izlәmәdәn öncә düşünürdüm ki, Azәrbaycandan çox rahat 3 xalla dönәcәyik. Lakin belә olmadı. “Qarabağ”ın hücum xәttindә olan Reynaldo çox tәhlükәli futbolçu idi. Buna görә müdafiәyә oturduq vә 1 xalı haqq etdiyimizi düşünürәm. Bakı vә Azәrbaycan gözәldir. Stadiondan da xoşum gәldi”.
Erdinç azarkeşlər haqqında da xoş sözlər deyib: “Azarkeşlәr dә möhtәşәm idi. Burada özümü Türkiyәdәki kimi hiss edim. Amma bu mәnim Azәrbaycana ilk gәlişim deyil. Gənclər millisi ilə birgə daha əvvəl gәlmişdim”.
