Gündəm

Metropolitenin iş rejimində dəyişiklik edildi – “Qarabağ”ın oyununa görə

23.02.2022 , 15:36

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Son yazılar

Yuxarı