İngiltərə
Premyer Liqasında mübarizə aparan “Arsenal”ın futbolçusu Mesut Özil Arsen
Venger və gələcəyi ilə bağlı açıqlamalar verib.
Korner.az-ın
məlumatına görə, bu haqda “Sky Sport” xəbər yayıb.
Haqqında
yayılan transfer xəbərləri və “Arsenal”la yeni müqavilə
imzalayıb-imzalamayacağı ilə bağlı danışan oyunçu: “Hal-hazırda önəmli olan “Arsenal”dı.
Komanda çətin günlər keçirir. Hal-hazırda gələcəyim ilə bağlı danışmağım düzgün
olmaz”.
Türk əsilli
alman futbolçu azarkeşlər tərəfindən tənqidlərə məruz qalan Arsen Venger haqda:
“Həmişə demişəm, o mənim burda olmağımı təmin edən əsas amildi. 20 ildir, burdadır.
Bu illər ərzində, kluba çox şey qazandırıb. Bunlara hörmət edilməlidi”.
Xatırladaq
ki, yarımmüdafiəçinin “topçular”la mqaviləsi gələn il bitir.
