Mesut Özildən Azərbaycana dəstək – FOTO
15.09.2022 , 16:16

“Başakşəhər”in futbolçusu Mesut Özil Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə əlaqədar ölkəmizə dəstəyini nümayiş etdirib.
Korner.az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu özünün isntaqram hesabının hekayə bölümündə bunları yazıb:
“Azərbaycan – Ermənistan sərhədində baş verən münaqişədə şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət diləyir və kədərli ailələrinə başsağlığı verirəm”
