London “Arsenal”ı dünən səfərdə “Aston Villa”nı məğlub edib.
Korner.az-ın məlumatına görə, qazanılan qələbədə pay sahibi olan Mesut Özil özündən razılığını gizlətməyib. Şəxsi Tvitter hesabında oyun haqda yazan Özil:
“Nəhayət qələbə qazandıq. Qol və qol ötürməsi etmək üçün cəmi 79 saniyə lazım gəldi. Bunun üçün çox sevincliyəm”
Qeyd edək ki, “Arsenal” Mesutun və Uelbekin qolları ilə 3 xala sevinən tərəf oldu.
