Mesut Özil uzun müddətə sıradan çıxdı
29.09.2022 , 12:31

Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçi Mesut Özil uzun müddətə sıradan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə klubun prezidenti Göksel Gümüşdağ yerli mətbuata açıqlamasında bildirib.
O, təcrübəli futbolçunun belində yaranmış problemlə əlaqədar əməliyyat olunacağını bəyan edib. Bu üzdən Özilin azı 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.
