Almaniya millisinin və İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özilin son durumuna aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “Kicker” xəbər yayıb.
Türk əsilli alman futbolçu məşq vaxtı zədə almasına baxmayaraq, İngiltərə yığması ilə yoldaşlıq görüşündə və millimizlə DÇ-2018-in seçmə mərhələsin çərçivəsində keçiriləcək oyunda iştirak edəcək.
Mesut Özilin bu gündən yığmanın düşərgəsinə gedəcəyi bildirilir.
Qeyd edək ki, yarımmüdafiəçi zədə səbəbindən İngiltərə Premyer Liqasında “Vest Bromviç”ə qarşı oyunu buraxıb.
Xatırladaq ki, Almaniya martın 22-də Dortmundda İngiltərə ilə qarşılaşacaq. Ayın 26-da isə Yoahim Lövün komandası millimizin qonağı olacaq.
