Mesut Özil “Mançester Yunayted”ə keçə bilər
17.09.2018 , 13:00

“Arsenal”ın futbolçusu Mesut Özil komandasını dəyişə bilər. Türkəsilli alman futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
“The Daily Mail” nəşrinin iddiasına görə, “topçular”ın yeni baş məşqçisi Unai Emeri komandaya gəldikdən sonra Özil əvvəlki toxunulmazlığını itirib. Buna görə o, start heyətdə yer tapmaya bilər. Belə olduğu halda, böyük ehtimalla Özil rəhbərlikdən transferə qoyulmağı xahişini edəcək.
Xatırladaq ki, Özilin “Arsenal”a 2021-ci ilə qədər olan müqaviləsi var. Bu səbəbdən əgər transfer baş tutsa, mançesterlilər üçün elə də kiçik rəqəm olmayacaq
