Dünya Futbolu

Mesut Özil Emeriyə lazım deyil?

29.08.2018 , 10:41

“Arsenal”dakı gələcəyi sual altında olan Məsut Özillə bağlı İngiltərə mətbuatında maraqlı fikirlər yer alıb.

İngiltərənin “Stan Collymore” qəzeti “topçular”ın Özillə yollarını ayırmasının vacibliyini yazıb:

“Arsenal” Məsut Özili ən geci mövsümün sonunda göndərməlidir. Çünki o, baş məşqçi Unay Emerinin ehtiyacı olan futbolçu deyil. Emeri texnikası aşağı olsa da, enerjili, meydanda mübarizə aparan futbolçuları istəyir. Emeri Özillə danışıb, yollarını ayırmalıdır”.

Bir neçə gün əvvəl İngiltərə mətbuatında Emerinin Özili heyətdən kənarlaşdırdığı yazılsa da, baş məşqçi “Vest Hem”lə oyundan sonra açıqlama verərək, türk əsilli almaniyalı futbolçunun xəstə olduğu üçün heyətdə olmadığını bildirmişdi.

Son yazılar

Yuxarı