İspaniya La Liqasında mübarizə aparan “Barselona” heyətini Mesut Özil ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İspaniyanın “Sport” qəzeti xəbər yayıb.
Katalon klubunun “Arsenal” ilə Mesut özil arasında yeni müqavilə ilə bağlı davam edən danışıqları izlədiyi bildirilir.
Qəzet iddia edir ki, türk əsilli alman futbolçu da La Liqaya qayıtmaq istəyir.
