Mesut Özil azərbaycanlı azarkeşlərə səsləndi – FOTO
22.05.2019 , 20:42

“Arsenal” klubunun türk əsilli futbolçusu Mesut Özil Bakıdakı final öncəsi paylaşım edib.
“Topçular”ın 30 yaşlı futbolçusu sosial şəbəkələr vasitəsi ilə Bakı finalını səbirsizliklə gözlədiyini deyib. Futbolçu bundan başqa azərbaycan dilində azarkeşlərə də səslənib:
“Azərbaycanlı qardaşlarım! Biz bunu etdik- finaldayıq! Bakıda görüşənədək.”
Qeyd edək ki, Avropa Liqasının “Arsenal”la “Çelsi” arasındaklı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
