“Arsenal”ın futbolçusu Məsut Özil mövsümün sonu London klubunu tərk edə bilər.
Korner.az-ın məlumatına görə, türkəsilli alman yarımmüdafiəçi klubun ona təklif etdiyi yeni müqaviləni rədd edib.
Bildirilir ki, M.Özil “Arsenal”la yeni müqavilə imzalamağa tələsmir. O, bu yay başqa klublardan təklifləri dəyərləndirəcək və yekun qərarını verəcək.
Özilin London klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır.
