Almaniya yığmasının futbolçusu Mesut Özil yayda “Arsenal”ı tərk edə bilər.
Korner.az-ın məlumatına görə, bu haqda “Marca” nəşri yazıb.
Yarımmüdafiəçi artıq agentinə yeni klub axtarışlarına başlaması məsləhət görüb.
Mənbənin yazdığına görə, Mesutla “Barselona” yaxından maraqlanır. Hətta katalanlar agentlə danışıb, transferin ilkin detallarını müzakirə ediblər.
