İspaniya La Liqasında mübarizə aparan “Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.
Korner.az-ın məlumatına görə, bu haqda AS xəbər yayıb.
Bildirilir ki, “Katolon klubu” ulduz oyunçuya illik 35 milyon avro təklif edib. Messi isə bu təklifi qəbul etməyib. Argentinalı futbolçu yeni müqavilə üçün mövsümün sonunu gözləyir.
