“Mançester Siti” klubu Lionel Messinin transferi ilə bağlı “Barselona”ya cəlbedici təklif etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, Mançester təmsilçisi 29 yaşlı argentinalı hücumçuya görə 200 milyon funt sterlinq (230 milyon avro) ödəmək fikrindədir.
Həftəlik məvacibinin 500 min funt sterliq olacağı da deyilir
Lionelin 2018-ci ilədək müqaviləsinin olduğu “Barselona”dan gedişinin qarşılığında transfer məbləği 250 milyon avro təşkil edir. Messinin transferi reallaşarsa, o, “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanı keçərək dünya futbolu tarixində ən bahalı transfer olacaq. “Mançester Siti”in cari mövsümdən baş məşqçisi uzun illər Messi ilə “Barselona”da birgə işləmiş Xosep Qvardioladır.
