İspaniyanın “Barselona" klubunun futbolçusu Lionel Messinin transferi üçün Kataloniya klubuna 250 milyon avro təklif edən Rusiya klubunun adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, argentinalı ulduz futbolçuya bu təklifi Mahaçkalanın "Anji" klubu edib.
Hətta Makaçkala klubu futbolçunun bir ili üçün 30 milyon avro ödəməyə hazır olduğu da bildirilib.
Lakin Lionel Messi bu təklifi qəbul etməyib və “Barselona” ilə müqaviləsinin müddətini 2018-ci ilədək uzadıb.
