İspaniya məhkəməsi Lionel Messinin və onun atasının vergidən yayınma məsələsinə mayın 31-dən iyunun 3-nə qədər baxacaq.
Korner.az-ın məluatına görə, beləliklə, Amerika Kubokunda Argentina millisinin ilk oyununu buraxa bilər.
Məhz bu səbəbdən də vəkillər məhkəmənin prosesini bir qədər təxirə salmaq niyyətindədirlər.
Messi və atası 2007-ci ildən 2009-cu ilə qədər 4,1 milyon avro vergi ödənişindən boyun qaçırmaqda şübhəli bilinirlər. Buna görə onlara 2 illik həbs cəzası da kəsilə bilər. (ESPN)
