Keçən həftə sonu "Rayo Valekano"nun qapısından 2 top keçirməklə karyerasında 301-ci qola imza atan "Barselona"nın argentinalı ulduzu Lionel Messini uşaq vaxtı ruhlandıran səbəb bəlli oldu.
Korner.az-ın məlumatına görə, Argentinada ən çox istifadə olunan kremli şirniyyatlar Messinin ən çox meyl göstərdiyi şey olub.
Ulduz futbolçu hələ 13 yaşında "Newell's Old Boys" klubunda oynayarkən nənəsinin onu məşqdən əvvəl və sonra bu şirniyyatlarla mükafatlandırıldığı bildirilir.
Messi "Qızıl Ayaqqabı" mükafatına layiq görüldüyü zaman da onu ən çox motivasiya edən amilin bu şirniyyatlar olduğunu söyləyib.
